Qazaxıstan şokda – Nazarbayevin nəvəsi siyasi sığınacaq istədi

Nazarbayev eyni zamanda vurğulayıb ki, bütün təfərrüatları Böyük Britaniyanın "Times" nəşrinə açıqlayıb və buna dair məqalə yaxın vaxtlarda dərc olunacaq.
Sputnik

BAKI, 13 fevral — Sputnik. Qazaxıstanın ilk Prezidenti Nursultan Nazarbayevin nəvəsi Aysultan Nazarbayev Böyük Britaniyadan siyasi sığınacaq istəyib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Aysultan Nazarbayev öz "Facebook" səhifəsində bildirib.

Qazaxıstan liderinin nəvəsi qərarının ailəsi tərəfindən olan təzyiqlə bağlı olduğunu bildirib. O bəyan edib ki, ölkədə olan korrupsiya faktlarına dair məlumatlar var.

Nazarbayev eyni zamanda vurğulayıb ki, bütün təfərrüatları Böyük Britaniyanın "Times" nəşrinə açıqlayıb və buna dair məqalə yaxın vaxtlarda dərc olunacaq.