CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Daşınmaz əmlakın icbari sığortası kimə daha çox lazımdır?!

Demək ki, cəmiyyətin yanğın kimi ağır, bədbəxt hadisələrdən qorunması üçün hamılıqla standartlara, normalara və qaydalara əməl etməyimiz zəruridir, amma heç bu da yanğınların qarşısının tam alınması üçün kafi deyil.
Sputnik

BAKI, 13 fevral — Sputnik. Daşınmaz əmlakın icbari sığortası təbii və texnogen hadisə və fəlakətlərdən iqtisadiyyatın qorunması üçün düşünülmüş və həyata keçirilən, real əhəmiyyət verən bir prosesdir. Daşınmaz əmlakla bağlı baş verən hadisələr arasında ən çox rast gəlinən yanğın hadisəsidir. Yanğın nədir?! Niyə baş verir?! Qarşısının alınması mümkündürmü?!

Sığorta gəlməmiş faiz davası düşüb, indi də inhisarçılığa qarşı vuruşmalıyıq

Sputnik Azərbaycan xəbər verir ki, Dövlət Yanğın Nəzarəti Xidməti bununla bağlı əhaliyə müraciət edib.

Məlumatda bildirilib ki, hər hansı bir yanğının baş verməsi üçün bir yerdə yanan maddə, yandıran enerji və oksigen bolluğu olmalıdır. Bu sadalananların hər üçünün kifayət qədər olduğu məkan insanların tikib qurmuş olduğu, müxtəlif enerji növləri ilə təchiz edib, içini məişət və istehsalat avadanlıqları ilə doldurmuş olduğu tikililərdir. Harada ki, ixtisasından, sənətindən, məşğuliyyət növündən asılı olmadan insan vardırsa, orada enerjidən istifadə olunur, müxtəlif təyinatlı avadanlıqlar istismar edilir. Hər hansı qəza, yaxud enerjidən səhlənkar, ehtiyatsızcasına, normalara zidd şəkildə istifadə olunursa, bu yerlərdə yanğın hadisəsi qaçılmazdır. Arzuolunmayan yanğın hadisələrinin qəsdən törədilməsi halları ümumi yanğın saylarının çox cüzi bir hissəsini təşkil edir, yəni hər dəfə yanğın baş verirsə, bu hökmən normativlərə, standartlara, qaydalara bilərəkdən və ya bilmədən əməl etməmə səbəbindən baş vermişdir. Məqsədli və ya məqsədsiz qayda pozuntusu eyni nəticələrə gətirir və məqsədli qayda pozuntusu ilə məqsədsiz qayda pozuntusunu, təəccüblü görünsə də, bəzən ayırmaq çətin olur.

İcbari tibbi sığorta üçün gözləmə müddəti açıqlandı

Məsələn: yataq otağında qeyri-standart elektrik qızdırıcısı ilə qızınmaq istəyən şəxsin gətirib quraşdırmış olduğu peçin yanğına səbəb olması məqsədli – yəni, otağı qızdırmaq üçün edilmiş hərəkətdir, amma bu qeyri-standart – təhlükəli elektrik qızdırıcısından istifadə etmək, yanar maddələrin arasında bunu qoşmaq – etinasızlıq təhlükəni dərk etməmək səbəbindən məqsədsiz hərəkət hesab oluna bilər. Məişətdə və istehsalatda daim enerji ilə yaşayan və işləyən insanın əhatəsində yanar maddələr mövcuddur. İnsan istismar qaydalarını pozmağa meyllidir, bəzən rahatçılığını qaydaların pozulması hesabına tapandır, bəzən təhlükəsizlik qaydalarına əməl etməyə çəkiləcək xərcləri normalar və qaydalara əməl etməmə hesabına minimuma endirməyə çalışandır, bu səbəbdən də hər hansı bir şəkildə enerji istifadəsində norma və standartlara, qaydalara ehtiyatsız yanaşmaq, etinasız münasibət yaranır ki, bu da yanğın hadisələrini qaçılmaz edir.

DYNX icbari sığorta ilə bağlı maarifləndirmə tədbirləri aparır

Xalq arasında əsrlərdən bəri "qurunun oduna yaş da yanır" zərbi-məsəli işlənməkdədir, bu gün də aktual səslənir. Bir nəfər enerji ilə ehtiyatsız davranan, çox sayda hər an ehtiyatlı davrananlar üçün də təhlükə yaradır. Hər kəs həyatın bütün anlarında kimlərləsə qonşuluq etmək məcburiyyətindədir. Demək ki, cəmiyyətin yanğın kimi ağır, bədbəxt hadisələrdən qorunması üçün hamılıqla standartlara, normalara və qaydalara əməl etməyimiz zəruridir, amma heç bu da yanğınların qarşısının tam alınması üçün kafi deyil. Deməli biz varıqsa, yaşayır və yaradırıqsa, işləyir və dincəliriksə, təhsil alır, müalicə olunuruqsa, hər bir iştirakımız olan hal üçün yanğının baş verməsini ehtimal etməliyik, buna hazır olmalıyıq, bədbəxt hadisələrin qarşısını almağa çalışmalıyıq. Bizim törətdiyimiz yanğın qonşumuza keçməməlidir, ətrafa yayılmamalıdır, mümkün qədər tez söndürülə bilməlidir, özümüz də, qonşumuz da, əmlakımız da yanğından etibarlı qorunmalıdır. Bu qorunmada və sadaladığımız digər şərtlər üçün Azərbaycan xalqının köməkçisi Fövqəladə Hallar Nazirliyinin struktur tərkibi olan Dövlət Yanğından Mühafizə və Dövlət Yanğın Nəzarəti Xidmətləridir.

Uşaq bağçaları və təhsil müəssisələrində yanğın baş verərsə...

Sağlamlığınızın və daşınmaz əmlakınızın icbari sığortaları kimi düşünülüb tapılmış və bütün dünyada qəbul edilmiş sığorta anlayışı, sığorta əməliyyatları insanların qəflətən bütün növ daşınmaz əmlaklarını yanğın və sairə kimi bədbəxt hadisələr nəticəsində itirməkdən tam olmasa da qoruya biləcək, onların əvvəlki qaydada yaşamaq və işləmək imkanını qaytarmaq üçün ümid deyil, real şərait - imkan yaradacaq tək şey - daşınmaz əmlakın və onun məsuliyyətinin icbari sığortasıdır. Daşınmaz əmlakı sığorta etdirərkən onun real balans dəyərinin qeyri-real göstərilməsi, müqavilə bağlanarkən sığortaçıya olunacaq ödənişin azalmasına səbəb olursa, bu, sığorta hadisəsi baş verdikdə, sığortaçı tərəfindən ödəniləcək məbləğin də yetərincə az olması ilə nəticələnir ki, bu halın özü də yanğın hadisəsi kimi peşmançılıq və pərişanlıq gətirir.

Şöbə rəisindən obyekt sahiblərinə: "Yanğın da müqaviləyə daxildir"

Azərbaycan vətəndaşlarına müraciət edərək daşınmaz əmlakınızı həvəsli, könüllü, tam dəyəri ilə sığorta etdirməyə çağırır, dəvət edirik! Təsadüfi deyildir ki, daşınmaz əmlakın sığortasına nəzarət funksiyası sizləri yanğın hadisələrindən qoruyan, mühafizə edən və xilas edən Fövqəladə Hallar Nazirliyinə həvalə edilib. Daşınmaz əmlakın sığortası zamanı müqavilə bağlanması ərəfəsində və prosesində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinə müraciət edin, əmlakınıza aid yanğın-texniki müayinə keçirilməsini tələb edin, yanğın-texniki müayinə aktını alın, müayinə zamanı və tərtib olunmuş aktda ünvanınıza iradlar bildirilirsə, onları dərhal aradan qaldırın! Dövlət Yanğın Nəzarəti Xidmətindən köməklik istəyin, bir sözlə, həm Fövqəladə Hallar Nazirliyi, həm də lisenziyalı fəaliyyətlə məşğul olan sığorta şirkətləri ilə könüllü, həvəsli və qarşılıqlı inam şəraitində əməkdaşlıq edin!

Fövqəladə Hallar Nazirliyi və dövlətimizin qəbul etdiyi qanunlar əsasında fəaliyyət göstərən sığorta şirkətləri sizin rifahınız, sağlam şəraitdə yaşamağınız, işləməyiniz, dincəlməyiniz, təhsil və müalicə almağınız üçün bədbəxt hadisələrdən maksimum dərəcədə qorunmağınız, hər mənada zərərlərinizin minimum olması üçün yaradılmış qurumlardır.

Yanğın hadisələrindən uzaq olasınız! Bütün fəaliyyət növlərində uğurlar qazanasınız!