Bu gün Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən tədbirdə şagirdlərin peşə seçimində üzləşdiyi çətinliklər müzakirə edilib.
Tədbirdə çıxış edən təhsil eksperti Nadir İsrafilov bildirib ki, şagirdlərin istədikləri peşəni seçə bilmələri üçün 2011-ci ildən etibarən məktəblərdə təmayül siniflərinin yaradılmasına başlanıb:
“Təmayül siniflərinin yaradılmasında məqsəd şagirdləri uyğun peşələrə istiqamətləndirməkdir. Bundan başqa məktəblərimizdə xüsusi istedadlı uşaqlar üçün də siniflər yaradılıb. Ümumilikdə Təhsil Nazirliyi tərəfindən bu istiqamətdə müvafiq tədbirlər həyata keçirilir. Bununla belə ixtisas seçimində yenə də problemli məqamlar qalmaqdadır. Burada da məzundan çox, valideynlər günahkardır”.
Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz