BAKI, 12 fevral — Sputnik. Rusiyanın qəhrəmanı, bu ölkənin Türkiyədəki sabiq səfiri Andrey Karlov adına muzey açılıb. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, muzey Mersin vilayətinin Silifke şəhərində açılıb.
Qeyd edək ki, "Akkuyu nuclear" şirkəti bu vilayətdə Rosatomun layihəsi üzrə Atom Elektrik Stansiyası (AES) tikir.
Xatırladaq ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov 2016-cı il dekabrın 19-da Ankarada fotosərginin açılışında çıxış edən zaman öldürülüb, ona hücum edən şəxs - polis məmuru Mevlut Mert Altıntaş da polis tərəfindən zərərsizləşdirilib.