BAKI, 12 fevral — Sputnik. Sabiq müllət vəkili Gülər Əhmədovanın oğlu Toğrul Əhmədov məhkəmə qarşısına çıxarılıb.
Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, T.Əhmədov Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz silah saxlama) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
T.Əhmədov Bakı İstintaq Təcridxanasına köçürülüb.
Xatırladaq ki, bu gün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri xüsusi əməliyyat-axtarış tədbirləri nəticəsində 1987-ci il təvəllüdlü Toğrul Fikrət oğlu Əhmədov saxlanılıb.
Onun idarə etdiyi BMW markalı avtomobilinə baxış keçirilən zaman 1 ədəd “Glock-19” markalı tapança, 2 ədəd patron darağı və 38 ədəd patron aşkar edilərək götürülüb.