CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bəzi əcnəbiləri Azərbaycandan çıxmağa qoymayacaqlar

Buklet formalı bildirişlər sərhəd-keçid məntəqələrində nəqliyyat vasitələri ilə ölkəyə daxil olan sürücülərə paylanılır, plakatlar isə həmin məntəqələrdə yaxşı oxuna bilən yerlərdən asılıb
Sputnik

BAKI, 12 fevral — Sputnik. Azərbaycan Daxili İşlər Nazirliyi xarici ölkə vətəndaşlarına müraciət edib. 

Sputnik Azərbaycan bildirir ki, DİN-dən verilən məlumata görə, əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin ölkəmizə gəldiyi, yaxud Azərbaycanda icarəyə götürdüyü avtomobillərlə yol hərəkəti qaydalarını pozaraq cəriməni ödəmədən ölkədən çıxması hallarının qarşısı alınacaq. Bu məqsədlə respublikanın bütün sərhəd məntəqələrində Baş DYP İdarəsi tərəfindən 5 dildə hazırlanmış buklet və plakat formasında olan  xüsusi bildirişlərin paylanılmasına başlanılıb.

Sürücülük vəsiqəsi imtahanlarında dəyişiklik edilib

Azərbaycan Respublikasının ərazisində yol hərəkəti qayda pozuntularına xüsusi texniki vasitələrin köməyi ilə nəzarət edildiyi üçün inzibati xətaya yol vermiş şəxslərin barəsində iştirakları olmadan elektron qərar çıxarılması, cərimə ödənişləri ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş güzəşt və dəbbə pulu, habelə Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 17.1.7-ci maddəsinin tələblərinə əsasən, ölkəmizin ərazisində inzibati xəta törətmiş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin barələrində inzibati tənbeh tədbirləri icra edilənədək onların 2020-ci il fevralın 13-dən başlayaraq Azərbaycan Respublikasından getmələri müvəqqəti məhdudlaşdırılacaqdır.

Buklet formalı bildirişlər sərhəd-keçid məntəqələrində nəqliyyat vasitələri ilə ölkəyə daxil olan sürücülərə paylanılır, plakatlar isə həmin məntəqələrdə yaxşı oxuna bilən yerlərdən asılıb.

Həmçinin ilin əvvəlində  xarici ölkə vətəndaşlarına tətbiqi nəzərdə tutulan qanunvericiliyin tələbləri barədə məlumat çatdırılması məqsədilə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi vasitəsilə Səfirliklərə müraciət edilib.