BAKI, 12 fevral — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 12-də Kürdəmirdə "ASAN xidmət" mərkəzinin açılışında iştirak edib.
Sputnik Azərbaycan xəbər verir ki, dövlətimizin başçısı mərkəzin açılışını bildirən düyməni basıb.
Prezidentin köməkçisi - Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev mərkəz barədə dövlətimizin başçısına məlumat veriblər.
Sonra Prezident İlham Əliyev "ASAN könüllüləri" ilə görüşüb.
Dövlət başçısı görüşdə çıxış edib.
Fevralın 12-də həmçinin Kürdəmir rayonunun Karrar qəsəbəsində "Qlobal Aqro" Məhdud Məsuliyyətli Cəmiyyətinin aqroparkının təqdimatı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
Prezident İlham Əliyev bu gün 12-də Kürdəmir rayonuna səfəri çərçivəsində Pirili-Muradxan-Sor-Sor avtomobil yolunun yenidənqurmadan sonra açılışında da olub.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Prezident İlham Əliyevə yolun texniki göstəriciləri barədə məlumat verib.
Dövlət başçısı yolun rəmzi açılışını bildirən lenti kəsib.
Fevralın 12-də "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin Kürdəmir filialının açılışı da olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev filialın açılışında iştirak edib.
"Azərxalça" ASC-nin İdarə Heyətinin sədri Vidadi Muradov dövlətimizin başçısına müəssisədə yaradılan şərait barədə məlumat verib.
Prezident İlham Əliyev filialda işləyən xalçaçılarla görüşüb.
Sonra dövlət başçısı müəssisədə toxunan xalçanı kəsib.