Türkiyə Silahlı Qüvvələri Suriya ordusunun 115 mövqeyinə zərbələr endirib. Zərbələr nəticəsində azı 101 Suriya hərbçisi zərərsizləşdirilib.
Politoloq İlqar Vəlizadə Sputnik Azərbaycan-a deyir ki, İdlib ətrafında vəziyyətin gərginləşməsi artıq bir neçə ildir davam edir:
“Bu bölgədə əməliyyatların dayandırılacağını və Suriya ordusunun mövqelərini tərk edəcəyini iddia etmək doğru olmaz. Türkiyə isə bu bölgə ilə bağlı Rusiya ilə razılıqlar əldə edib və bunu pozmaq niyyətində deyil. Türkiyənin bu ərazidən geri çəkilməsi humanitar fəlakətə səbəb ola bilər. Hazırda hər iki tərəf çıxılmaz vəziyyətdədir. Belə vəziyyətdə münaqişənin daha da gərginləşməsi qaçılmazdır”.
Xatırladaq ki, daha əvvəl Suriya ordusunun İdlibdə Türkiyənin müşahidə məntəqəsinə endirdiyi zərbə nəticəsində 5 Türkiyə hərbçisi həlak olub, bir neçəsi isə yaralanıb.
Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz