BAKI, 12 fevral — Sputnik. Bu gün bəzi ərazilərdə suyun verilməsində məhdudiyyətlər olacaq.
Sputnik Azərbaycan "Azərsu" ASC-nin mətbuat xidmətinin məlumatına istinadla xəbər verir ki, magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar 12 fevral 2020-ci il tarixində gün ərzində Xətai və Suraxanı rayonlarının bir hissəsinə içməli suyun verilməsində müəyyən məhdudiyyətlər olacaq.