MƏDƏNİYYƏT

Azərbaycan və Rusiyanın xalq artistləri Vyana səhnəsində

Yusif Eyvazovun 2010-cu ildə Rusiya Dövlət Akademik Böyük Teatrında Kavaradossi ("Toska", C.Puççini) obrazı ilə debütü onun beynəlxalq karyerasının başlanğıcı olub
Sputnik

BAKI, 11 fevral — Sputnik. Azərbaycanın Xalq artisti Yusif Eyvazov və Rusiyanın Xalq artisti Anna Netrebko Vyana Konserthausda çıxış edəcəklər.

Tanınmış opera müğənnisinə iftira atıblar: Hadisə heç də deyildiyi kimi olmayıb

Sputnik Azərbaycan Vyana Konserthausun saytına istinadla xəbər veririk ki, konsertin proqramına Cüzeppe Verdi və Cakomo Puççininin əsərləri daxildir.

Anna Netrebko (soprano) yaratdığı obrazlar, cəsarətli və dramatik repertuarı ilə opera sənəti tarixində mühüm yer tutur. 2007-ci ildə ABŞ-ın "Time" jurnalının dünyanın ən nüfuzlu 100 şəxsinin siyahısına daxil olub. Müxtəlif ölkələrdə bir çox mükafatlarla, o cümlədən Rusiya ilə Azərbaycan arasında musiqi sənəti sahəsində əməkdaşlığın möhkəmləndirilməsində səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikasının "Dostluq" ordeni ilə təltif edilib.

Yusif Eyvazovun (tenor) 2010-cu ildə Rusiya Dövlət Akademik Böyük Teatrında Kavaradossi ("Toska", C.Puççini) obrazı ilə debütü onun beynəlxalq karyerasının başlanğıcı olub. Bundan sonra La Skala, Metropoliten-opera, Vyana, Paris və digər nüfuzlu opera teatrlarından dəvət alıb. Adı "Dünyanın ən yaxşı tenorları" kitabına daxil edilib.

Qeyd edək ki, konsert fevralın 19-da baş tutacaq.