BAKI, 11 fevral — Sputnik. Türkiyə Silahlı Qüvvələri İdlibdə Suriya rejimi tərəfindən həyata keçirilən hücumlara cavab olaraq əməliyyat həyata keçirib. Bu barədə Sputnik Azərbaycan Türkiyə Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir.
Məlumata görə, həyata keçirilən əməliyyat çərçivəsində Suriya hökumət qüvvələrinə məxsus 115 hədəf vurulub: "İlkin məlumatlara görə, əməliyyat çərçivəsində 101 rejim ünsürü məhv edilib. Şəhid və yaralı silahdaşlarımızın qanı yerdə qalmayıb və qalmayacaqdır. Bu mənfur hücumu həyata keçirənlər cavab verəcəklər və buna bənzər hücumlar olacağı təqdirdə indiyə qədər olduğu kimi özünümüdafiə haqqımızdan ən sərt şəkildə istifadə edəcəyik".