CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qar bakılıları peşman elədi: həkimlik oldular

Onlarda diz qapağının, sağ baldırın və sağ topuğun əzilməsi, diz oynağının çıxığı, sol qolun əzilməsi müşahidə olunub
Sputnik

BAKI, 11 fevral — Sputnik. Hava şəraiti ilə əlaqədar Bakıda təcili yardıma 5 müraciət daxil olub. Bu barədə Sputnik Azərbaycan-a TƏBİB-dən məlumat verilib. Xəbərdə bildirilir ki, müraciət edən şəxslərdə diz qapağının, sağ baldırın və sağ topuğun əzilməsi, diz oynağının çıxığı, sol qolun əzilməsi müşahidə olunub.

Müraciət edən şəxslər Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna hospitalizasiya ediliblər.