Ölənlərin sayı artıq mini keçdi – Dəhşət yaşanır

Çin hökuməti 2019-cu il dekabrın 31-də Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) Hubey əyalətinin Uhan şəhərində naməlum sətəlcəm xəstəliyinin yayılması barədə məlumatlandırıb
Sputnik

BAKI, 11 fevral — Sputnik. Çində yeni növ koronavirusdan ölənlərin sayı 1016-ya çatıb. Sputnik Azərbaycan "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Çinin Səhiyyə üzrə Dövlət Komitəsi məlumat yayıb.

Məlumata əsasən, xəstəliyə yoluxanların sayı 42638-ə çatıb.

Qeyd edək ki, ötən gün yeni koronavirusdan ölənlərin sayı 908 idi.

Xatırladaq ki, Çin hökuməti 2019-cu il dekabrın 31-də Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) Hubey əyalətinin Uhan şəhərində naməlum sətəlcəm xəstəliyinin yayılması barədə məlumatlandırıb. Mütəxəssislər xəstəliyin törədicisinin "2019-nCoV" koronavirusu olduğunu müəyyən ediblər.