Kraliçanın nəvəsi arvadının xahişi ilə onu boşadı

Britaniya kraliçası II Elizabetin nəvəsi II Piter Fillips və həyat yoldaşı Otem boşanmaları ilə bağlı şayiələri təsdiqləyiblər.
Sputnik

BAKI, 11 fevral — Sputnik. Britaniya kraliçası II Elizabetin nəvəsi II Piter Fillips və həyat yoldaşı Otem boşanmaları ilə bağlı şayiələri təsdiqləyiblər. Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, onlar bu barədə ictimaiyyətə verdikləri yazılı açıqlamada bildiriblər.

Şahzadə Harri ilə Meqan barədə qərar verildi - pulu da qaytaracaqlar

Açıqlamanın mətnində boşanma qərarının "övladları üçün ən yaxşı addım" olduğu bildirilir. Həmçinin qeyd olunur ki, Fillips və həyat yoldaşı övladlarının qəyyumluğunu bölüşmək qərarına gəliblər.

Onların sözlərinə görə, ailələri boşanma xəbərindən kədərlənsələr də, onları tam dəstəklədiklərini bildiriblər.

Cütlük 12 ildir evlidir. Onların iki övladı var: doqquz yaşlı Savanna və yeddi yaşlı Ayla.

KİV-in yazdığına görə, boşanmanın təşəbbüskarı Fillipsin 41 yaşlı xanımı olub. Kraliçanın nəvəsi daha əvvəl ailəsindəki problemlərin fərqinə varmayıb. Xanımının boşanma barədə xahişi onun üçün gözlənilməz olub.

Qeyd edək ki, II Piter Fillips II Elizabetin ikinci övladı Şahzadə Annanın ilk övladıdır.