CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Koronavirusa görə Bakıda xəstəxanaya yerləşdirilənlərin müayinəsinin nəticələri açıqlandı

1 saylı Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilən hər bir şəxs virusun müəyyənləşdirilməsi üçün ölkəyə gətirilən testlər vasitəsilə yoxlanılıb
Sputnik

BAKI, 11 fevral — Sputnik. Azərbaycanda koronavirusa görə xəstəxanaya yerləşdirilən şəxslərin bir qrupunun müayinəsinin nəticələri açıqlanıb. Səhiyyə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib ki, 1 saylı Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilən hər bir şəxs virusun müəyyənləşdirilməsi üçün ölkəyə gətirilən testlər vasitəsilə yoxlanılıb.

"Testlərin cavabları neqativ olub, həmin şəxslərdə xəstəlik aşkarlanmayıb", - deyə verilən məlumatda bildirilib.

Qeyd edək ki, bu günə qədər KTM-ə virus şübhəsi ilə 7 nəfər yerləşdirilib ki, onların da heç birində xəstəlik aşkarlanmayıb. 

Xəstəlik alovlanan ərazidən gələn 12 nəfər isə xüsusi ayrılan tibb müəssisəsində saxlanılır.