Ərdoğan Əsədi təhdid etdi – Cavablarını alacaqlar

Türkiyə Prezidenti bildirib ki, rejim qüvvələri türk əsgərinin öldürülməsinə görə İdlibdə cavablarını alıb, ancaq bu, yetərli deyil
Sputnik

BAKI, 11 fevral — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya rejiminin türk hərbçilərə qarşı hücumunun əvəzini çox ağır şəkildə ödəyəcəklərini deyib. Bu barədə Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir.

"Əsgərlərimizə hücumun bədəlini çox ağır ödəyəcəklər. Suriya tərəfinə lazımi əks cavablar ən yüksək səviyyədə verilib: "Xüsusilə, İdlibdə cavablarını aldılar. Ancaq bu, yetərli deyil, davam edəcək ", - deyə Ərdoğan bildirib.