“Seçicilərin iştirak sayı ilə bağlı göstərilən rəqəm seçkilərin baş tutduğunu göstərir”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.
Ekspert bildirib ki, beynəlxalq müşahidəçilər də seçkilərdə ciddi qanun pozuntusuna yol verilmədiyini bildirdilər:
"Bu məqam seçki nəticələrinin dünyada tanınmasına təsir edə bilər. Seçki Azərbaycan cəmiyyətinin əhval-ruhiyyəsinə uyğun oldu. Əvvəlki seçkilərdə belə aktivlik müşahidə edilməmişdi. Seçkinin nəticələri ölkədə ictimai fəallıq dərəcəsinə adekvatdır".
Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz