Gözəl və qarlı Azərbaycanım - FOTOLAR

Azərbaycan təbiətini sevən, onun gözəlliklərinə dəyər verən bütün turistləri milli parklarımızdakı qışın təbiət gözəlliklərindən zövq almağa dəvət edirik
Sputnik

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycanın milli parklarından qar görüntülərini yayımlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, qış fəslinin təbiət mənzərələri milli parklarda özünəməxsus gözəllik yaradıb. Şahdağ Miili Parkında qar görüntüləri bu ərazinin yeni sakinləri olan zubrlarla daha cəlbedici görünür.

Göygöl Milli Parkında da füsunkar mənzərəni, eko-turistlərin qar sevincini görmək mümkündür.

Gözəl və qarlı Azərbaycanım - FOTOLAR

Azərbaycanın cənub hissəsinin ən gözəl təbiət abidəsi olan Hirkan Milli Parkı da qar örtüyünə bürünüb.

Gözəl və qarlı Azərbaycanım - FOTOLAR

Altıağac Milli parkının gözəl təbiətinə qar daha da gözəllik qatıb.

Gözəl və qarlı Azərbaycanım - FOTOLAR

Samur-Yalama Milli Parkının meşələrinin qarlı mənzərəsi də göz oxşayır.

Gözəl və qarlı Azərbaycanım - FOTOLAR

Aran Qarabağa da qar yağıb. Ağgöl Milli Parkının düzən əraziləri ağappaq görünür.

Gözəl və qarlı Azərbaycanım - FOTOLAR

Bu qış Abşeron yarımadasının ən ucqar nöqtəsinə, Abşeron Milli Parkına da qar yağıb.

Gözəl və qarlı Azərbaycanım - FOTOLAR

Azərbaycan təbiətini sevən, onun gözəlliklərinə dəyər verən bütün turistləri milli parklarımızdakı qışın təbiət gözəlliklərindən zövq almağa dəvət edirik.