SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Parlament seçkiləri tam şəffaf və demokratik keçirilib – Rusiyalı müşahidəçi

Liliya Qumerova: "Əsas məqamlardan biri odur ki, budəfəki seçkidə namizədlərin böyük əksəriyyəti gənclər idi"
Sputnik

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 10 fevral - Sputnik. “Azərbaycanda növbədənkənar parlament seçkiləri tam şəffaf və demokratik keçirilib”.

Sputnik Azərbaycan xəbər verir ki, bunu növbədənkənar parlament seçkilərini izləyən Rusiyadan olan müşahidəçilərin rəhbəri Liliya Qumerova bildirib.

O, vurğulayıb ki, dünən müşahidə missiyası 3 dairə üzrə 11 məntəqəyə baş çəkib: "Hər bir məntəqədə seçki prosesi yüksək səviyyədə və peşəkarlıqla təşkil olunub. Hesab edirəm ki, yeni parlamentin işi sabitliyə əsaslanacaq. Əsas məqamlardan biri odur ki, budəfəki seçkidə namizədlərin böyük əksəriyyəti gənclər idi. Gənc deputatlar yeni ideyalar irəli sürəcəklər. Bu isə olduqca vacib məqamdır”.