MƏDƏNİYYƏT

"Oskar"ın əsas mükafatçısı bəlli oldu

"Parazitlər" filmi daha 3 "Oskar" mükafatına layiq görülüb. Belə ki, ən yaxşı rejissor işi, ən yaxşı orijinal senari və ən yaxşı xarici film nominasiyaları da bu filmin aktivinə yazılıb
Sputnik

BAKI, 10 fevral — Sputnik. Cənubi Koreyalı kinorejissor Pon Çjun Honun "Parazitlər" filmi ABŞ kinoakademiyasının ən yüksək mükafatı –“Oskar”ı qazanıb. Sputnik Azərbaycan xəbər verir ki, ekran əsəri "Ən yaxşı film" nominasiyası üzrə qalib olub.

"Oskar"ı kimlər alacaq – Proqnozlar internetə sızdı

Sözügedən filmlə yanaşı Martin Skorsezenin "İrlandiyalı", Sem Mendesin "1917", Kventin Tarantinonun "Bir dəfə Hollivudda", Tayka Vaytitinin "Dovçan Coco", Noa Baumbaxın "Evlilik hekayəsi", Qreta Gerviqin "Balaca qadınlar", Ceyms Menqoldun "Ford Ferrariyə qarşı", Todd Filpsin "Coker" filmi də mükafat almaq üçün təqdim olunmuşdu.

Qeyd edək ki, "Parazitlər" filmi daha 3 "Oskar" mükafatına layiq görülüb. Belə ki, ən yaxşı rejissor işi, ən yaxşı orijinal senari və ən yaxşı xarici film nominasiyaları da bu filmin aktivinə yazılıb.