BAKI, 10 fevral — Sputnik. Bakıda külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb.
Sputnik Azərbaycan xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşlarının çevikliyi nəticəsində paytaxta narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan, 1978-ci il təvəllüdlü İbrahim Əliyev saxlanılıb.
Onun üzərinə baxış zamanı 13, 963 kq heroin və 1,317 kq metamfetamin aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.