BAKI, 10 fevral — Sputnik. Pakistan hərbçiləri "Broad Peak" yüksəkliyindən iki nəfəri təxliyə ediblər. Sputnik Azərbaycan xəbər verir ki, onlardan biri 2013-cü ildə "Miss Finlandiya" adını qazanmış Lotta Hintsadır. Bu haqda fin qəzeti "İltalehti" məlumat yayıb. Digər şəxs isə ABŞ vətəndaşı Donald Bouindir. O, "Instagram" profilində təxliyəyə səbəb kimi pnevmoniya olmasını yazıb.
Qeyd edək ki, "Broad Peak" yüksəkliyi dəniz səviyyəsindən 8051 metr hündürlükdədir. Bu yüksəklik Pakistan və Çin sərhədində yerləşir. Əvvəllər ora K3 yüksəkliyi adlanıb. Bu, Hintsa və Bouinin ilk cəhdi deyil. Belə ki, onlar ötən ilin may və iyun aylarında "Gasherbrum 2" yüksəkliyini fəth etmək qərarına gəliblər. Amma onların bu istəyi baş tutmayıb.