MƏDƏNİYYƏT

Nura ənənəsinə sadiq qaldı

Nura digər geyimlərində isə daha çox qara rəngə üstünlük verib. Şəkillərin müəllifi isə peşəkar fotoqraf Məhəbbət Nəsirovadır
Sputnik

BAKI, 10 fevral — Sputnik. Müğənni Nura Suri yeni layihəsini təqdim edib.

Sputnik Azərbaycan xəbər verir ki, müğənni "Onunla" adlı mahnısını dinləyicilərə təqdim edib.

Hər zaman fərqli və bir-birindən maraqlı fotosessiyalar etdirən N.Suri bu dəfə də ənənəsinə sadiq qalıb. O, yeni mahnı ilə yanaşı, yeni fotosessiyasını da təqdim edib.

Nura kamera önünə bu dəfə cəzbedici və olduqca cəsarətli libaslarda çıxıb. Dərin dekolteli, parlaq mavi rəngli geyimdə ehtiraslı pozlar verən sənətçi fərqli obrazı ilə diqqətləri üzərinə çəkib.

Nura digər geyimlərində isə daha çox qara rəngə üstünlük verib. Şəkillərin müəllifi isə peşəkar fotoqraf Məhəbbət Nəsirovadır.

Cazibədarlığı ilə göz qamaşdıran Nura Suri bundan sonra tez-tez yeni işlər təqdim edəcəyini də dilə gətirib:

"Gözlədim ki, 2020-ci il başlasın və yeni layihələrimi təqdim edim. Üç yeni mahnım da var. Bəzilərinə klip çəkdirmək niyyətindəyəm. Ümumiyyətlə, dayanmaq fikrində deyiləm".

Qeyd edək ki, Nura Surinin yeni mahnısının bəstəsi Elçin Cəfərova, sözləri isə Azər Şirinə məxsusdur.