CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xankəndili seçicilər Bərdədə səs verdilər

Bərdə və Tərtər rayonlarında yaşayan xankəndili seçicilər isə səsvermə hüquqlarını Bərdə şəhərində, Mərkəzi Rayon Xəstəxanasının ərazisində  yaradılmış 122 saylı Xankəndi seçki dairəsinin 8 saylı məntəqəsində reallaşdırıblar
Sputnik

Musa Muradlı, Sputnik Azərbaycan

BAKI, 9 fevral — Sputnik. Bu gün ölkə üzrə  keçirilən parlament seçkilərində Xankəndi seçiciləri də respublikamızın müxtəlif bölgələrində yaradılmış seçki məntəqələrinə gələrək səsvermə hüquqlarından istifadə ediblər.

Bərdə və Tərtər rayonlarında yaşayan xankəndili seçicilər isə səsvermə hüquqlarını Bərdə şəhərində, Mərkəzi Rayon Xəstəxanasının ərazisində  yaradılmış 122 saylı Xankəndi seçki dairəsinin 8 saylı məntəqəsində reallaşdırıblar.

Sputnik Azərbaycan-a məntəqə seçki komissiyasının sədri Rövşən Abbasov bildirib ki, məntəqə üzrə 301 seçici var. Seçki prosesini yeddi müşahidəçi izləyir.