CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qazax rayonunda seçicilər fəallıq göstərirlər - FOTO

107 saylı dairə seçki komissiyasının sədri Xəyyam Salehov seçkinin keçirildiyi müddət ərzində heç bir şikayət və qanun pozuntusu qeydə alınmadığını bildirib
Sputnik

İlham Mustafayev, Sputnik Azərbaycan

BAKI, 9 fevral — Sputnik. Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar 107 saylı Qazax seçki dairəsinin 7 saylı məntəqəsində səsvermə prosesi davam edir.

Məntəqə sədri Murğuz Mustafayev Sputnik Azərbaycan-a açıqlamasında seçici aktivliyinin müşahidə olunduğunu bildirib.

"Məntəqə üzrə 1376 seçici qeydə alınıb. 8:00-da seçki prosesi başlanıb və uğurla davam edir. Seçici aktivliyi yüksəkdir. Məntəqə açılandan 5 saat ərzində təxmini hesablamalarıma görə, 40 faizədək seçici gələrək öz hüququndan istifadə edib", - deyə məlumat verib.

107 saylı dairə seçki komissiyasının sədri Xəyyam Salehov seçkinin keçirildiyi müddət ərzində heç bir şikayət və qanun pozuntusu qeydə alınmadığını bildirib.

Qeyd edək ki, dairə üzrə 44663 seçici siyahıya alınıb. Onlar 8 nəfər namizəd arasında öz seçimlərini etməlidirlər.