CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qaxda 100 yaşlı seçici səs verdi - FOTO

Qeyd edək ki, 112 saylı Qax seçki dairəsində 58 məntəqə üzrə 42870 nəfər seçici səsvermə hüququna malikdir
Sputnik

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 9 fevral — Sputnik. 112 saylı Qax seçki dairəsinin ən yaşlı seçicisi bu gün növbədənkənar parlament seçkilərində iştirak edib. Rayonun Qarabaldır kənd sakini, 1920-ci il təvəllüdlü Kərimova Ümüküs Camal qızı 34 saylı  seçki məntəqəsində səs verib.

Qaxda 100 yaşlı seçici səs verdi - FOTO

Məntəqədən Sputnik Azərbaycan-a bildirdilər ki, Ümüküs nənə ölkəmizdə keçiriliən bütün seçkilərdə yaxından iştirak edib.

Qeyd edək ki, 112 saylı Qax seçki dairəsində 58 məntəqə üzrə 42870 nəfər seçici səsvermə hüququna malikdir.