CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Oqtay Əsədova nə olub?

Milli Məclisdən keçmiş spiker Oqtay Əsədov haqda yayılan məlumata reaksiya verdilər: "Həqiqətə uyğun deyil"
Sputnik

BAKI, 9 fevral — Sputnik. Fevralın 9-da informasiya agentliklərindən biri xəbər verib ki, Milli Məclisin (MM) Sədri Oqtay Əsədov günün ikinci yarısında infarkt diaqnozu ilə Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib.

Sputnik Azərbaycan "Report"a istinadən bildirir ki, Milli Məclisdən verilən məlumata görə, bu xəbər həqiqətə uyğun deyil: "Milli Məclisin Sədri Oqtay Əsədovun səhhətində hər hansı bir problem yoxdur".