BAKI, 9 fevral — Sputnik. Nyu-Yorkun Bronks məhəlləsində polis idarəsində atəş səsləri eşidilib.
Sputnik Azərbaycan bildirir ki, bu barədə NYC Scanner portalı Twitter-də məlumat yayıb.
Güman edilir ki, naməlum kişi polislərə atəş açıb və polis leytenantını əlindən yaralayıb. Yaralı xəstəxanaya çatdırılıb. Həkimlər onun vəziyyətinin sabit olduğunu deyiblər.
Yerli polislərin rəyinə görə, həmin kişi bu yaxınlarda şəhərdə başqa bir polis əməkdaşına da hücum edib.
Atəş açan kişi saxlanılıb, nəzarət altındadır.