“Hələlik seçki prosesində hər şey qaydasındadır”. Bunu Sputnik Azərbaycan-a 17 saylı Yasamal seçki dairəsinin 26 saylı məntəqəsində müstəqil müşahidəçi Adil Bəşirzadə deyib.
“Səhər saatlarında seçicilərin aktivliyi az idi. Müşahidə etdiyimiz andan 7 seçici seçki prosesində iştirak edib. Hələlik heç bir problem yaşanmayıb. Fəallığın artacağını gözləyirik”, – A.Bəşirzadə bildirib.
Qeyd edək ki, bu gün Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilir.
Adil Bəşirzadənin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz