“Seçki prosesinə hazırlıq yüksək səviyyədə təşkil edilib”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında 29 saylı Səbail seçki dairəsinin 2 saylı məntəqəsinin sədri Süleyman Əliyev deyib.
“Normativlərə uyğun olaraq tapşırıqlar yerinə yetirilib. Səkkiz tamamdan səsvermə prosesi başlayıb. Məntəqəmizdəki seçki prosesini dünyanın müxtəlif yerlərindən gəlmiş müşahidəçilər izləyirlər. Hazırkı anda seçici fəallığı zəif olsa da, saat 10-dan sonra aktivliyin artacağını gözləyirik”, – S.Əliyev bildirib.
Qeyd edək ki, bu gün Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilir.
Süleyman Əliyevin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz