CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

MDB müşahidə şurasının üzvləri Bərdədə olublar

Qazaxıstanlı müşahidəçilər Nikolay Nikolay və Abdullah Dilsimbay  gündüz saat 12 radələrində Bərdə şəhər seçki dairəsinin 10 saylı məntəqəsində müşahidə aparıblar
Sputnik

Musa Muradlı, Sputnik Azərbaycan

BAKI, 9 fevral — Sputnik. Beynəlxalq müşahidə missiyasının MDB müşahidə qrupunun üzvləri Bərdə şəhərində olublar.

Sputnik Azərbaycan-ın verdiyi məlumata görə, qazaxıstanlı müşahidəçilər Nikolay Nikolay və Abdullah Dilsimbay  gündüz saat 12 radələrində Bərdə şəhər seçki dairəsinin 10 saylı məntəqəsində müşahidə aparıblar. Məntəqədə yaradılan şərait, seçki prosesinin gedişatı ilə maraqlanıblar.

MDB müşahidə şurasının üzvləri Bərdədə olublar

Onlar komissiya üzvləri və müşahidəçilərlə qısa söhbət aparmaqla seçki barədə suallar veriblər.