SƏHİYYƏ

Çin səfiri koronavirusun mənşəyindən danışdı: "Deyirlər, ABŞ laboratoriyasında..." - VİDEO

Diplomat etiraf edib ki, virusun peyda olduğu məkanlarda ilkin məlumatlara reaksiya yetəri qədər operativ olmaya bilər
Sputnik

BAKI, 9 fevral — Sputnik. Çinin ABŞ-dakı səfiri Tsuy Tyankay yeni tip koronavirusun bioloji silah olması barədə şayiələri sayıqlama adlandırıb.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, səfir müxtəlif spekulyasiyaların olduğunu deyib. Onun sözlərinə görə, "daha çox bəziləri deyirlər ki, guya virus Çin və ya ABŞ-ın hərbi laboratoriyalarından birində hazırlanıb".

​"Biz bu sayıqlamalara necə inana bilərik axı? Bu, cəfəngiyyatdır", - diplomat CBS telekanalının efirində deyib.

Səfir deyir ki, alimlər hələlik virusun haradan peyda olduğunu dəqiqləşdirə bilmirlər.

"İlkin məlumatlara görə, hansısa heyvanlardan törəyib. Amma biz bu haqda daha çox məlumata sahib olmalıyıq", - Tsuy Tyankay vurğulayıb.

Diplomat etiraf edib ki, virusun peyda olduğu məkanlarda ilkin məlumatlara reaksiya yetəri qədər operativ olmaya bilər.

"Bu, istənilən bir yerdə ola bilərdi. Ancaq biz vəziyyəti düzəltmək üçün əlimizdən gələni edirik", - səfir əmin edib.