Ceki Çan dərmana görə milyonundan keçdi

"Həmvətənlərimin həyatdan həzz almaq əvəzinə virusla ölənədək mübarizə aparmaqlarını görmək istəmirəm"
Sputnik

BAKI, 9 fevral — Sputnik. Tanınmış aktyor Ceki Çan koronavirus əleyhinə dərman hazırlayacaq şəxsə 1 milyon yuan (təxminən 245 min manat) ödəyəcəyinə söz verib. Sputnik Azərbaycan xəbər verir ki, bu haqda aktyor "Strait Times" nəşrinə açıqlamasında bildirib.

C.Çan deyib ki, elm və texnologiya virusla mübarizənin açarıdır: "Məncə, bu fikirlə əksəriyyət razıdır. Ümid edirəm ki, dərman tez bir zamanda kəşf olunacaq".

Vaxtı ilə insanlarla dolu olan küçələrin boş olmasını ürək ağrısı ilə dilə gətirən aktyor məsələnin pulda olmadığını söyləyib: "Həmvətənlərimin həyatdan həzz almaq əvəzinə virusla ölənədək mübarizə aparmaqlarını görmək istəmirəm".

Qeyd edək ki, Çin hökuməti 2019-cu il dekabrın 31-də Uhan şəhərində naməlum virus yayıldığını bildirmişdi. Bu günə olan məlumata görə, 813 nəfər koronavirus nəticəsində vəfat edib.