ABŞ-da 200 nəfər virusa yoluxdu

Norovirus "L`Auberge" kazinosundan yayılmağa başlayıb. Ştatın Səhiyyə naziri Leysi Kavano qeyd edib ki, virus çox yoluxucudur
Sputnik

BAKI, 8 fevral — Sputnik. Luizianada 200 nəfər norovirusa yoluxub. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, onlar kazinoya getdikdən sonra xəstələniblər. Hadisə Amerikanın Leyk Çarlz şəhərində (Luiziana ştatında) baş verib.

Məlumata görə, norovirus "L`Auberge" kazinosundan yayılmağa başlayıb. Ştatın Səhiyyə naziri Leysi Kavano qeyd edib ki, virus çox yoluxucudur.

Norovirus mədə-bağırsaq zökəmi adlanan bağırsaq infeksiyasına səbəb olur.