Evdən çıxana pul və həbs cəzası verəcəklər

Honqkonq koronavirusa qarşı mübarizə tədbiri kimi Çindən gələn hər kəsin 2 həftə müddətində evdən və ya oteldən çıxmamasını tələb edir
Sputnik

BAKI, 8 fevral — Sputnik. Çinin Uhan şəhərində sürətlə yayılan koronavirusa qarşı mübarizə tədbiri kimi Honkonq sərt tədbirə əl atıb. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, Honqkonq koronavirusa qarşı mübarizə tədbiri kimi Çindən gələn hər kəsin 2 həftə müddətində evdən və ya oteldən çıxmamasını tələb edir. Qaydalara əməl etməyən şəxsləri pul və ya həbs cəzası gözləyir.

Qeyd edək ki, Çinin Uhan şəhərində yayılan koronavirus təkcə Çində 722 nəfərin ölümünə səbəb olub.

Virusun 25-ə yaxın ölkəyə yayıldığı bildirilir.