CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bərdədə avtomobil qəzası can aldı

Avtomobillərin toqquşması nəticəsində "VAZ-2107"də olan Məmmədli kənd sakini Adilə Əzizova hadisə yerində dünyasını dəyişib
Sputnik

Musa Muradlı, Sputnik Azərbaycan

BAKI, 8 fevral — Sputnik. Bərdə rayonunda ölümlə bitən yol-nəqliyyat hadisəsi baş verib.

Sputnik Azərbaycan bildirir ki,  rayonun Məmmədli kənd sakini Rizvan Məmmədov şəxsi "VAZ-2107" avtomobili ilə Bərdə şəhərinə doğru hərəkətdə olub. Məmmədli-Bərdə-Yevlax-Bəhramtəpə magistral yolunun kəsişməsində Bərdə istiqamətinə vaxtından tez hərəkət etdiyindən qarşı tərəfdən gələn "VAZ-2106" markalı avtomobilin yoluna çıxıb və qəza qaçılmaz olub.

Avtomobillərin toqquşması nəticəsində "VAZ-2107"də olan Məmmədli kənd sakini Adilə Əzizova hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.