CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Təcili yardım seçki günü belə işləyəcək

Vətəndaşların sağlamlığının qorunması, çağırışların dərhal icra olunması üçün operativ həkim briqadaları yaradılıb. Hər bir çağırışa çevik cavab veriləcək
Sputnik

BAKI, 7 fevral — Sputnik. Təcili yardımın seçki günü fəaliyyət rejimi açıqlanıb. Sputnik Azərbaycan-a TƏBİB-dən verilən məlumatda bildirilir ki, Azərbaycanda fevralın 9-da keçirilməsi nəzərdə tutulan parlament seçkisində təcili yardım gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Böyük seçki məntəqələrində təcili və təxirəsalınmaz tibbi yardım briqadaları işləyəcək. Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının bütün işçiləri iş başında olacaqlar.

Cədvəllər tərtib olunub, dairə və məntəqə seçki komissiyalarında çalışanların, eləcə də vətəndaşların sağlamlığının qorunması, çağırışların dərhal icra olunması üçün operativ həkim briqadaları yaradılıb. Hər bir çağırışa çevik cavab veriləcək.