CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Soqdiana Bakıya səfəri haqqında danışdı: “Paxlavaya təslim oldum” - FOTO

Ötən yay Bakıya gələn Rusiya və Özbəkistan müğənnisi Soqdiana Azərbaycanın paytaxtına elə aşiq olub ki, bura yenidən gəlməyə qərar verib.
Sputnik

Kəmalə Əliyeva, Sputnik Azərbaycan

BAKI, 7 fevral — Sputnik. Özbəkistan və Rusiyanın məşhur müğənnisi Soqdiana bir neçə Azərbaycan telekanalının verilişlərində iştirak etmək üçün Bakıya gəlib.

Sputnik Azərbaycan-ın məlumatına görə, müğənni şəhəri gəzərkən çəkdiyi fotoları Instagram sosial şəbəkəsindəki səhifəsində paylaşıb. O, ilk dəfə Bakıya ötən yay "Jara" beynəlxalq musiqi festivalında iştirak etmək üçün gəlib. Soqdiananın sözlərinə görə, bura onun o qədər xoşuna gəlib ki, yenidən Bakıya qayıtmaq qərarı verib. Bu səbəbdən də Azərbaycan telekanallarının efirə çıxmaq təklifini məmnuniyyətlə qəbul edib.

"Bakıda çox gözəl və səmərəli gün keçirdim. Bunun üçün dostum Adil Qaracala təşəkkür edirəm", - Soqdiana Instaqramda yazıb.

Müğənni əlavə edib ki, Azərbaycanda hər şeydən çox paxlavanı sevir, onun qarşısında özünü saxlaya bilmir. Bundan başqa, Bakının ən kiçik xırdalıqları belə məharətlə düşünülmüş koloritli restoranlarına məftundur.

Soqdiana (Oksana Neçitaylo) - müğənni və bəstəkar, Çeçenistan və İnquşetiya respublikalarının xalq artistidir. Müğənni bir çox beynəlxalq və respublika səviyyəli müsabiqələrdə iştirak edib, bir sıra mükafatların laureatıdır. Soqdiananın "Mening Kunglim" (Mənim könlüm) adlı debüt albomu 2001-ci ildə işıq üzü görüb.

2006-cı ildə "Fabrika zvyozd" (Ulduz fabriki) istedad şousunun altıncı mövsümünün iştirakçısı olan Soqdiana elə həmin ilin sonunda "Zolotoy qrammafon" (Qızıl qrammafon) mükafatının laureatı olub. Hazırda o, solo karyerasını uğurla davam etdirir.