HADİSƏ

Qoyun dərmanı sonu oldu – Bərdədə çoban zəhərlənib öldü

1989-cu il təvəllüdlü Bağırov Şamxal Telman oğlu işlədiyi fermada xırdabuynuzlu heyvanları kimyəvi məhlulla yuyarkən "Neastol" məhlulundan zəhərlənib
Sputnik

BAKI, 7 fevral — Sputnik. Bərdə sakini zəhərlənmədən ölüb.

Sputnik Azərbaycan-ın məlumatına görə, hadisə rayonun Kərimbəyli kəndindəki fermalardan birində baş verib.

Rayonun Əyricə kəndində qeydiyyatda olmaqla Kərimbəyli kəndindəki fermada yaşayan, 1989-cu il təvəllüdlü Bağırov Şamxal Telman oğlu işlədiyi fermada xırdabuynuzlu heyvanları kimyəvi məhlulla yuyarkən "Neastol" məhlulundan zəhərlənib. Ş. Bağırov yaxınları tərəfindən xəstəxanaya çatdırılsa da, o, xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.