BAKI, 7 fevral — Sputnik. Çində yeni növ koronavirusdan ölənlərin sayı 636-ya çatıb.
Sputnik Azərbaycan "Reuters"-ə istinadən xəbər verir ki, bu barədə Çinin Səhiyyə üzrə Dövlət Komitəsi məlumat yayıb.
Məlumata əsasən, xəstəliyə yoluxanların sayı 31 mini keçir.
Hesab olunur ki, virusun yeni ştammı ötən ilin sonunda Çinin Uhan şəhərinin mərkəzi bazarında qanunsuz vəhşi heyvan ticarəti nəticəsində yaranıb.