CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ötən il Azərbaycanda boşanmaların sayı azalıb

Qeyd olunub ki, 2019-cu ildə 63.724 nikaha daxilolma, 17.301 isə nikahın pozulması halı qeydə alınıb.
Sputnik

BAKI, 7 fevral — Sputnik. Ötən il Azərbaycanda boşanmaların sayında azalma qeydə alınıb. Bu barədə Ədliyyə Nazirliyindən Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirilib.

Qeyd olunub ki, 2019-cu ildə 63.724 nikaha daxilolma, 17.301 isə nikahın pozulması halı qeydə alınıb.

2018-ci ildə isə boşanmaların sayı öncəki illə müqayisədə 3 mindən artıq olub. Belə ki, 2018-ci ildə 14 min 857 nəfər boşanıb. Lakin öncəki illə müqayisədə nikaha daxilolmaların sayında cüzi də olsa, azalma qeydə alınıb. Belə ki, öncəki ildə bu rəqəm 62.484 olub.