RUSİYA

"Samsung" rusiyalıların televizorlarını bağladı

Bəzi sosial şəbəkə istifadəçiləri artıq problemə çarə tapıblar: onlar servis əyarlarında sadəcə regionu dəyişirlər
Sputnik

BAKI, 6 fevral — Sputnik. Rusiya və MDB ölkələrinin sakinləri "Samsung" şirkətinin məhsulu olan televizorlarının bloka düşdüyü barədə məlumat yayıblar.

Sputnik Azərbaycan bildirir ki, "TJournal"ın məlumatına görə, şirkətdən bu bloklamanı daxili qanun və qaydalara riayət olunması ilə izah ediblər.

Təzə "Santa-Klaus": başı köhnə televizordur - VİDEO

"Samsung"un televizorların smart funksiyalarını bağlaması barədə elə nəşrin oxucuları yazıblar. Onlardan birinin sözlərinə görə, qurğuda tətbiqlər işə düşmür və ekranda televizorun mövcud bölgədə tam olaraq işləmədiyi barədə məlumat çıxır. Qurğunun sahibi bildirib ki, onu 2019-cu ilin dekabrında yerli internet maqazinlərdən birində əldə edib. O qeyd edib ki, qurğunu ilk dəfə qoşandan sonra "Samsung"un saytında orijinal kimi qeydiyyatdan keçib.

"TJournal" yazır ki, digər rusiyalılar, eləcə də Belarus, Ukrayna və Moldovadan olan insanlar da eyni problemlə rastlaşıblar. Məsələn, Belarusdan olan bir nəfər deyib ki, televizoru Polşadan alıb və gömrükdən keçirib, amma yenə də televizoru bloklanıb. 

Bloklanmaya həsr olunmuş materiallarda izah edilirdi ki, televizorlar ölkələrə qeyri-qanuni yolla gətirildikləri üçün və ya alındıqları yer üzrə istifadə olunmadıqları üçün bloklanıb. Bəzi sosial şəbəkə istifadəçiləri isə problemə çarə tapıblar: onlar servis əyarlarında sadəcə regionu dəyişirlər.

"Samsung" şirkəti problemə reaksiya verərək bildirib ki, bloklanmış televizorlar, ola bilsin ki, başqa regionlar üçün hazırlanıbmış, buna görə də şirkət onların bütün funksiyalarının işləyəcəyinə zəmanət vermir. Şirkət istifadə regionunu dəyişməməyi və texnikanı yalnız rəsmi riteylerlərdən almağı məsləhət görüb.