BAKI, 6 fevral — Sputnik. Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-polkovnik Valeri Gerasimovla NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Baş Komandanı Tod Uolter Bakıda görüşərək strateji sabitlik, böhranlı regionlardakı vəziyyət barədə fikir mübadiləsi aparıblar.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən RİA Novosti-yə verilən məlumatda deyilir.
Qeyd olunur ki, hərbi rəhbərlər eləcə də tərəflərin hərbi fəaliyyətlərinin doğurduğu insidentlərin aradan qaldırılması üçün addımları da müzakirə ediblər.
Bildirək ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev də həm Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-polkovnik Valeri Gerasimovu, həm də NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Baş Komandanı Tod Uolteri ayrılıqda qəbul edərək onlarla əməkdaşlıq və birgə görüşləri barədə fikir mübadiləsi aparıb.