CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Gəncədə məktəblini həkimlər ölümün əlindən ala bilmədilər

2007-ci il təvəllüdlü Əkbərov Xəyal Rövşən oğlu zəhərlənmə əlaməti ilə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb
Sputnik

BAKI, 6 fevral — Sputnik. Gəncədə 13 yaşlı uşaq dəm qazından boğularaq ölüb.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, hadisə şəhərin Məhsəti Gəncəvi qəsəbəsində qeydə alınıb.

2007-ci il təvəllüdlü Əkbərov Xəyal Rövşən oğlu zəhərlənmə əlaməti ilə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Xəstəyə lazımi tibbi yardım göstərilib, ancaq həkimlərin yardımlarına baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.