CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan XİN-dən Türkiyəyə başsağlığı

Qardaş Türkiyənin Van şəhərində baş vermiş qar uçqunları və İstanbul şəhərində sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların yaxınlarına hüznlə başsağlığı bildiririk
Sputnik

BAKI, 6 fevral — Sputnik. Azərbaycanın Xarici İşlər Nazirliyi Türkiyənin Van şəhərində baş verən qar uçqunu və İstanbuldakı sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı başsağlığı verib.

Sputnik Azərbaycan xəbər verir ki, XİN-in rəsmi "Twitter" səhifəsində yerləşdiriln başsağlığında bildirilir:

​"Qardaş Türkiyənin Van şəhərində baş vermiş qar uçqunları və İstanbul şəhərində sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların yaxınlarına hüznlə başsağlığı bildirir, yaralılara isə Allahdan şəfa diləyirik. Kədərin kədərimizdir, qardaş Türkiyə!"

Qeyd edək ki, ötən gün Vanda uçqun altında qalan 2 nəfəri axtaran xilasetmə qrupları qar uçqununa düşüb. Nəticədə 38 nəfər həlak olub.