"Spartak" vəfat etdi

Aktyor Kirk Duqlas 80-ə yaxın filmdə müxtəlif səpgili yaddaqalan obrazlar yaradıb. Bu filmlər arasında kinosevərlərə yaxşı tanış olan "Çempion", "Zalımlar və gözəllər", "Həyat eşqi", "Spartak" və s. kimi ekran əsərləri var.
Sputnik

BAKI, 6 fevral — Sputnik. Amerikalı aktyor Kirk Duqlas 103 yaşında dünyasını dəyişib. Sputnik Azərbaycan xəbər verir ki, bu haqda onun oğlu Maykl Duqlas öz "Instagram" hesabında məlumat yayıb. Maykl Duqlas əlavə edib ki, onun atası kinoindustriyanın "qızıl əsr"inin əfsanəvi aktyoru olub.

Qeyd edək ki, aktyor Kirk Duqlas 80-ə yaxın filmdə müxtəlif səpgili yaddaqalan obrazlar yaradıb. Bu filmlər arasında kinosevərlərə yaxşı tanış olan "Çempion", "Zalımlar və gözəllər", "Həyat eşqi", "Spartak" və s. kimi ekran əsərləri var. Mərhum aktyor həmçinin 1996-cı ildə möhtəşəm karyeraya görə fəxri "Oskar" mükafatına layiq görülüb.