QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Beş ölkənin XİN rəhbərləri Bakıda Qarabağı müzakirə edib

Bakıda Türk Şurasına üzv dövlətlərin xarici işlər nazirlərinin növbədənkənar iclasında Dağlıq Qarabağ münaqişəsinə toxunulub.
Sputnik

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 6 fevral - Sputnik. Bakıda Türk Şurasına üzv dövlətlərin xarici işlər nazirlərinin növbədənkənar iclasında Dağlıq Qarabağ münaqişəsinə toxunulub.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər nazirinin müavini Ramiz Həsənov Türkdilli dövlətlərin Əməkdaşlıq Şurasınıb Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclasının yekunlarına dair jurnalistlərə açıqlamasında deyib.

O, qeyd edib ki, Elmar Məmmədyarov Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində Azərbaycanın haqlı mövqeyini dəstəklədiyinə görə nazirlərə təşəkkür edib.

Ramiz Həsənov vurğuıayıb ki, nazirlər çıxışlarında əməkdaşlığın daha da gücləndirilməsinin əhəmiyyətini vurğulayıblar.