CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Prezident tikintiyə 17 milyondan çox pul ayırdı

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 17,6 milyon manat ayrıldı, Maliyyə Nazirliyi və Nazirlər Kabinetinə göstəriş verildi
Sputnik

BAKI, 5 fevral — Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev Balakən rayonunun Yevlax–Zaqatala–Gürcüstanla dövlət sərhədi (155 km)–Qullar–Tülü–Talalar–Şərif–Acılıqbinə–Qaysa avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Ötən il yol qəzalarında ölənlərin sayı açıqlandı

Sputnik Azərbaycan xəbər verir ki, Sərəncamla otuz min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Yevlax–Zaqatala–Gürcüstanla dövlət sərhədi (155 km)–Qullar–Tülü–Talalar–Şərif–Acılıqbinə–Qaysa avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşunun (investisiya xərclərinin) bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 17,6 milyon (on yeddi milyon altı yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Maliyyə Nazirliyinə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə isə Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.