Ərdoğan Putini Əsədə təzyiq göstərməyə çağırıb

Ötən gün Putinlə danışığım zamanı Əsədin öz qüvvələrini Soçi razılaşması çərçivəsində gərginlik zonasından dərhal çəkməsi barədə dedim
Sputnik

BAKI, 5 fevral — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İdlibdə vəziyyətin gərginləşməsi fonunda Vladimir Putini Suriya lideri Bəşər Əsədə təsir etməyə çağırıb. Bu barədə Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir.

"Bizim sərhədə yaxınlaşan, İdlibdən qaçqın düşən şəxslərin sayı milyona yaxınlaşır. Ötən gün Putinlə danışığım zamanı Əsədin öz qüvvələrini Soçi razılaşması çərçivəsində gərginlik zonasından dərhal çəkməsi barədə danışdım. Əks halda, Türkiyə müdafiə məqsədilə lazım bildiyi kimi hərəkət etməyə məcbur olacaq", - deyə Ərdoğan hakim partiyanın parlament fraksiyası önündə çıxışı zamanı bildirib.

O vurğulayıb ki, əgər Suriya hökumət qüvvələri fevral ayında İdlibdə Türkiyənin iki müşahidə məntəqəsindən geri çəkilməsə, onda Ankara yeni hərbi əməliyyata başlaya bilər.