CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda polis rəisi işdən çıxarıldı

Vilayət Eyvazovun əmrilə Qəhrəman Qələndərov yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. Hələlik onun yerinə təyinat olmayıb
Sputnik

BAKI, 5 fevral — Sputnik. Nəsimi rayon Polis İdarəsinin Dövlət Yol Polis (DYP) Şöbəsinin rəisi Qəhrəman Qələndərov işdən azad edilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, Qəhrəman Qələndərov yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. Hələlik onun yerinə təyinat olmayıb.